3 gündə artıq çəkidən azad olun

0
314210

Kərəvizin bədənə müxtəlif faydaları var.

Qaraciyərin dostu olan bu göyərti bədəndən toksinlərin xaric olunmasını təmin edərək, sürətlə arıqlamağa kömək edir. Hətta kərəviz kürüsü ilə 3 gündə arıqlamaq mümkündür. VOİCEPRESS lent.az-a istinadən həmin kərəviz kürüsünün resepti ilə sizi tanış edir.

Kərəviz alma və ispanaq kimi aşağı kalorili qidalar sinfinə aiddir. Eyni zamanda, yüksək miqdarda antioksidant ehtiva edir. Bunun sayəsində isə xəstəliklərə qarşı qalxan vəzifəsi yerinə yetirir. 101 qram kərəviz yalnız 16 kalori, 64 qram kərəviz yalnız 10 kalori ehtiva edir.

Kərəviz kürüsü

Bu kürünü 72 saat ərzində gündə 3 dəfə qəbul etməlisiniz. Yalnız yeməkləriniz ağır olmamalıdır. Eyni zamanda bol su içməlisiniz.

Ərzaqlar:

– 5 dənə kərəviz sapı
– 3 dənə limon
– 6 stəkan su
– 1 kasa dilimlənmiş cəfəri

Hazırlanması:

Sudan başqa bütün vəsaitləri blendrdan keçirin. Yaxşıca parçalanmış olduğundan əmin olun. Daha sonra su əlavə edərək, bir dəfə daha qarışdırın. Qarışımı süzün və bir kənarda saxlayın. Hər gün yeməklərdən bir saat əvvəl 2 stəkan için. 72 saat sonra ara verin və 1 həftə sonra yenidən başlayın.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here