Qənirə Paşayeva: ” Rusiyanın XİN-in bütün təsir,təzyiq və açıqlamaları anlamsız oldu

8 Fevral, 08:36

Rusiyanın XİN-in bütün təsir,təzyiq və açıqlamaları anlamsız oldu

“Lapşini müdafiə edənlərin nədən Dilqəm Əsgərovu yada belə salmamasının səbəblərini isə hamımız bilirik.”

VOİCEPRESS xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Feysbuk hesabında yazıb.

“Lapşin Azərbaycana ekstradisiya edilməsi yaxşı xəbər oldu.Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib,işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımıza səfərlər edən və işğalçıları dəstəkləyən açıklamalar verənlərə və bu fikirdə olanlara ciddi xəbərdarlıq olacaq.
Bu məsələdə ölkəmizin prinsipallığı və ədalətli yanaşma sərgiləyən Belarus prezidentinin mövqeyi ciddi rol oynadı. Ermənilərin aylardır qeyri-qanuni girov saxladığı Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı heç bir addım atmayan amma bir neçə ölkə vətəndaşı olan və Rusiya vətəndaşlığı da olan Lapşinin Azərbaycana verilməməsi üçün böyük canfəşanlıq göstərən Rusiya XİN-in bütün təsir,təzyiq və açıqlamaları anlamsız oldu. Lapşini müdafiə edənlərin nədən Dilqəm Əsgərovu yada belə salmamasının səbəblərini isə hamımız bilirik.”

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here