Hollivud aktrisası: “Ramazanda 3 gün oruc tutdum”

8 Fevral, 08:44

Son zamanlar müsəlman olması barədə xəbərlər yayılan aktrisa Lindsi Lohan Küveytdə proqramlardan birində qonaq olub.



VOİCEPRESS xarici KİV-ə istinadən bildirir ki, Lindsi qatıldığı verilişdə maraqlı açıqlamalar verib. O, namaz qıldığını və Ramazanda 3 gün oruc tutduğunu bildirib:

“Küveytli dostumla Ramazan ayında 3 gün oruc tutdum. Çətin idi, amma yaxşı təsir etdi. Özümü yaxşı hiss etdim”.

Tez-tez Türkiyəyə gedən, türk və ərəb dilini öyrənən aktrisa ABŞ höküməti tərəfindən sıxışdırıldığını da vurğulayıb. O, 2015-ci ildə əlində “Qurani-Kərim”lə çəkilmiş şəklinə də belə aydınlıq gətirib:

“Qurani-Kərim” mənim üçün təsəlli tapdığım yeganə etibarlı mənbədir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here