Onun sözlərinə görə, bu gün elə cinayət növləri var ki, bu cinayətlərə görə həbs qəti-imkan tədbirinin seçilməsi heç məqsədə müvafiq sayılmır: “Yəni cəmiyyət üçün o qədər də qorxu yaratmayan bəzi cinayətlər var ki, məhkəmədən əvvəl bunun hər hansı araşdırılması gedən vaxtı onun həbs edilməsi heç də düzgün deyil. Çünki bu əsasən iqtisadi cinayətlərlə bağlıdır. İnsan üçün ən mühüm məsələ azadlıqdır. Məhz azadlığın da qabağını almaq və onu həbs etmək, uzun müddət pentensiar sistemdə bunların saxlanılması özü çətin anlar yaşadır. Bunun həm iqtisadi, həm də digər mənəvi tərəfləri var. Məhz bütün bunları nəzərə alaraq dünya hüquq sistemi ilə uzlaşmaq üçün bu vaxtında atılmış addımlardan biridir. Eyni zamanda hansısa cinayəti etmiş şəxslər haqqında müəyyən qərar verən orqanlarda korrupsiya faktlarının da qarşısını ala bilərlər.
Bu gün kiminsə icraedici orqanlara, məhkəmələrə təsiri və həmin şəxslərin həbsi ilə bağlı atdıqları addımlar var. Məhz buna görə də bu məsələ bir sıra qaranlıq məqamlara işıq gətirmiş olar və bunların qarşısı alınar. Bundan başqa dünya standartlarına uyğun olaraq məhkəmədə və yaxud məhkəmə qərarından sonra müxtəlif cinayətlərdən yayınma proseslərinin qarşısını almaq üçün həbs edilməyən şəxslər müəyyən elektron formada onların izlənməsi, yerlərinin müəyyən edilməsi istiqamətində də addımlar atılmalıdır”.
VOİCEPRESS.AZ