“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən VOİCEPRESS-ə verilən məlumata görə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyanlı dartı sisteminə keçidinin təmin edilməsi ilə əlaqədar mühüm addımlar atılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv parkının müasirləşdirilməsi məqsədi ilə, 50 ədəd lokomotivin alınması üçün “Societe Generale” Bankı ilə 30 mart 2016-cı il tarixində 276,8 mln avro məbləğində kredit müqaviləsi imzalanıb.
Təchizatçı şirkət Alstom Transportation S.A-dır. Müqaviləyə əsasən lokomotivlərin istehsalına artıq başlanılıb. Bu lokomotivlərin 2017-ci ilin sonunda Azərbaycana çatdırılması nəzərdə tutulur.
[b]VOİCEPRESS.AZ