Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Bakıya ekstradisiya olunan bloqer Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır.
VOİCEPRESS xəbər verir ki, azvision.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Danışıqlar aparılmır, lakin Lapşinin qorunması üçün bütün mümkün hüquqi addımlar atılır”, – deyə Peskov bildirib.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib. Bloqer 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
VOİCEPRESS.AZ