Mədəniyyət mərkəzinin binasından tüstü və alov çıxır
Küveyt paytaxtı Əl-Küveytdə opera binasının yerləşdiyi Şeyx Cabir əl-Əhməd adına mədəniyyət mərkəzində güclü yanğın baş verib.
VOİCEPRESS “RİA” agentliyinə istinadən xəbər verir ki, mədəniyyət mərkəzinin binasından tüstü və alov çıxır.
Hadisə yerinə yanğınsöndürənlərdən ibarət briqadalar və təcili yardım heyəti göndərilib.
Qeyd edək ki, Əl-Küveytdə opera evi ötən ilin payızında açılıb. Onun inşasına 775 milyon ABŞ dolları xərclənib.
VOİCEPRESS.AZ