“Əslində, biz İŞİD-i vururduq” – Rusiyadan Türkiyəyə cavab

10 Fevral, 12:33

Rusiyanın Baş Qərargah rəisi general Valeri Gerasimov Suriyada Türkiyə hərbçilərinə edilən hücumla bağlı açıqlama verib.



VOİCEPRESS xezerxeber.az-a istinadən xəbər verir ki, Gerasimov türkiyəli həmkarı Hulusi Akara zəng edərək başsağlığı verib. Bildirib ki, türk hərbçilərinə hücum səhvən olub.

Baş Qərargah rəisi “əslində biz İŞİD-i vururduq” deyərək məsələyə münasibət bildirib.

Qeyd edək ki, Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here