16 güləşçimiz ilk onluqda

0
313696

Dünya Güləş Birliyi 2017-ci ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.



VOİCEPRESS
goal.az-a istinadən xəbər verir ki, yanvar ayında komandalarımız heç bir rəsmi yarışda iştirak etmədiyindən reytinq sıralamasında elə də ciddi dəyişiklik müşahidə edilməyib. İlk onluqda ümumilikdə 16 güləşçimizin adı var.

Sərbəst güləşçilərin siyahısında Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və idmançı karyerasını bitirən Xetaq Qazyumovun adı ilk onluğa daxil edilib. Qadın güləşçilərdən Mariya Stadnik, Nataliya Sinişin, Yuliya Ratkeviç onluqda yer alıblar. Yunan-Roma güləşçilərinin onluğunda isə Rövşən Bayramov, Rəsul Çunayev, Həsən Əliyev, Elvin Mürsəliyev, Rafiq Hüseynov, İslam Abbasov və Sabah Şəriətinin adlarını görmək mümkündür.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here