Erməni ordusu itki verdi: ölən və yaralanan var

8 Fevral, 15:21

Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində düşmən ordusunun daha bir əsgəri ölüb.


VOİCEPRESS Ermənistan KİV-nə xəbər verir ki, 1979-ci il təvəllüdlü Qeham Henrixoviç Manukyan tərəflər arasında baş verən atışma zamanı həyatını itirib.

Atışma zamanı daha bir erməni əsgəri, Koryun Kamo Kirakosyan yaralanıb. Başından ağır yaralanan erməni əsgər işğal altında olan Ağdərə xəstəxanasına aparılıb. Hazırda o, əməliyyat olunur. Əsgərin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyinin bu gün açıqladığı rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və 122 millimetrlik haubitsalardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here