Azərbaycanlı gəncin məqaləsi 20-dən çox ölkənin mətbuatında

8 Fevral, 15:14

Hər zaman düşünmüşəm ki, bir gənc olaraq ölkəmiz, dövlətimiz, millətimiz üçün nə edə bilərəm, əlbəttə ki, 6 ildir ki, gənclərimizin inkişafı üçün onlarla layihələr həyata keçirmişəm, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib maksimum töhfəmi verməyə çalışmışam, 20-yə yaxın beynəlxalq layihədə qururla Azərbaycanımızı təmsil etmişəm, lakin hər zaman daha da böyük və əlçatmaz görünən məqsədlərə doğru irəliləmək olub arzum.

Bildiyimiz kimi, 2016-cı il Azərbaycanda Multikulturalizm İli oldu və bu ildə bu sahədə bir çox işlər görüldü, mən isə özümə vətəndaşlıq borcu bilərək bu ilin ilk günündən etibarən qarşıma məqsəd qoydum ki, Azərbaycanın multikultural dəyərlərini, multikulturalizmin ölkəmizin müxtəlif sahələrinə olan müsbət təsirini, həmçinin multikulturalizmin ən pis nümunəsi olan erməni vandalizminin dünya ictimaiyyətinə təbliğ olunması məqsədi ilə geniş bir məqalə hazırlayaraq 20 ölkədə bu məlumatı yayımlayım.

Çox çətin bir proses və həmçinin bəzi siyasi məsələlər olduğuna görə bu məqsədə çatmaq üçün bir ay dayanmadan, yorulmadan işlər gördüm, onlarla xarici insanlardan “yox” cavabı eşitdim, lakin sonda məqsədimə nail oldum. Artıq fevral ayının 8-dir və bu günə qədər 20-dən artıq ölkədə (Azərbaycan, Türkiyə, Amerika, Argentina, İngiltərə, İtaliya, Fransa, Rusiya, Misir, Xorvatiya, Pakistan, Moldova, Belarus, Macarıstan, Litva, Latviya, Gürcüstan, bir neçə Afrika ölkələri və s.) Azərbaycan, rus, ingilis, fransız, ispan, ərəb, türk, litva dillərində ümumilikdə 41 saytda, jurnalda, qazetdə məqaləm dərc olundu və paylaşıldı. Bundan sonra da hər zaman çalışacam ki, ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqətin nəticəsi olaraq, biz gənclərin üzərinə düşən bütün etimadları doğruldum və ölkəmizin inkişafı üçün hərtərəfli dəstək göstərim.

Nurxan Babayev – ADA Universitetinin Magistr Tələbə Hökumətinin prezidenti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin direktoru

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here