İran və Türkiyə arasında gərginlik yüksəlməyə davam edir. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti Türkiyəni tənqid edib.
VOİCEPRESS-in “Haber7”-yə istinadla verdiyi xəbərə görə, İranda təşkil edilən Fələstin İntifadasına Dəstək üzrə VI Konfransa qatılmaq üçün Tehranda olan Suriya parlamentinin sədri Hədiyyə Abbasla birgə mətbuat konfransında çıxış edən Vilayəti rəsmi Ankaranı hədəfə alıb.
İranın İraq və Suriya rəhbərliklərinin rəsmi dəvəti ilə bu iki ölkədə olduğunu söyləyən Vilayəti deyib: “İcazəsiz və dəvətsiz bu iki ölkəyə girənlər çıxmalıdırlar. Ya özləri çıxacaqlar, ya da İraq və Suriya xalqı onları çıxaracaq”.
VOİCEPRESS.AZ