Dəri insan bədəninin ən böyük orqanıdır. Müxtəlif səbəblərdən dəridə dartılmalar, cırılmalar yaranır. Buna misal olaraq hamiləlikdən sonra, kökəlib arıqladıqdan sonra dərinin aldığı vəziyyəti nümunə göstərmək olar. VOİCEPRESS dəridə dartılmalardan tam qurtulmaq üçün maska təqdim edir.
Maskanın hazırlanması:
Bir-neçə həb aspirin
2 çay qaşığı miqdarında aspirini həll edin. İlıq yağla sıyıq halına gətirin.
Dəriyə ilıq maskanı çəkin, 20 dəqiqə saxladıqdan sonra yuyun.
Belə maskanı müntəzəm etmək lazımdır. İnam və bir az inad – ay sonra dərinizi tanımayacaqsınız!
Aspirinlə və yağla maskaya ən yaxşı effekt üçün həmçinin 1 yumurta əlavə etmək tövsiyə edilir. Heç olmasa həftədə 2 dəfə belə təkmilləşdirilmiş maskanı edin və inanılmaz nəticəni görəcəksiniz.
Çox əhəmiyyətlidir ki, aspirinlə maskaları edərkən, vitamin E və C içməyə başlamaq lazımdir. Vitaminlər dəriyə dartılmalardan sonra bərpa olunmağa kömək edərək daxildən dərini möhkəmləndirəcək.
VOİCEPRESS.AZ