Bu gün dünya parlamentlərinə müraciət olunacaq

24 Fevral, 09:49

Azərbaycan Republikasının Milli Məclisi Xocalı soyqırımı ilə bağlı bu gün dünya ölkələrinin parlamentinə müraciət edəcək.
VOİCEPRESS
-in məlumatına görə, fevralın 24-də keçiriləcək plenar iclasın gündəliyində yalnız Xocalı soyqırımının 25 illiyi ilə bağlı qərar layihəsi daxil edilib. Burada Xocalı soyqırımı ilə bağlı bir neçə qərarın qəbul ediləcəyi gözlənilir.
Daha sonra isə Milli Məclis bir neçə ölkələrinin parlamentlərinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək.

Milli Məclisdən konkret neçə ölkənin parlamentinə müraciət olunacağı bildirilməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here