Türkmənistanda prezident seçkisinin nəticələri açıqlanıb. Ölkənin prezidenti Qurbanqulu Berdımuhəmmədov yenidən bu posta seçilib. VOİCEPRESS-in “Turkmenistan seqodnya”ya istinadla verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası Berdımuhəmmədov seçicilərin 97,69% səs topladığını açıqlayıb.
Ümumilikdə səsvermədə seçki hüququ olanların 98 faizə yaxını iştirak edib.
O, üçüncü dəfə bu posta namizədliyini verərək seçilib.
Berdımuhəmmədovdan başqa bu post uğrunda daha 8 nəfər mübarizə aparıb.
Son məlumata görə, hazırda diplomatik nümayəndəliklər, konsulluqlarda verilən səslərin hesablanması aparılır.
VOİCEPRESS.AZ