Günün əksər vaxtlarında hava şəraitindən asılı olmayaraq küçələrdə, hətta sürət həddi yüksək olan prospektlərdə kommunal xidmət işçilərini həmişə görmək mümkündür.
Artıq bu insanlar nə öz həyatlarını təhlükəyə atacaqlar, nə də sürücülərə mane olacaqlar. Çünki küçə və prospektləri xüsusi maşınlar təmizləyəcək.
VOİCEPRESS xezerxeber-ə istinadən xəbər verir ki, küçələrdə təmizlik işlərinin görülməsi üçün yeni qərar hazırlanıb.
Beləki, yeni qərara əsasən, kommunal xidmət işçiləri küçə və prospektlərdə təmizlik işləri görməyəcəklər. Onların həyatını təhüləkəyə ataraq gördüyü işləri isə xüsusi süpürən-təmizləyən maşınlar edəcək.
Artıq Nazirlər Kabineti tərəfindən bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanır.
VOİCEPRESS.AZ