“Rusiyanın “Yandeks” şirkəti yaxın zamanlarda Azərbaycanda nümayəndəlik açacaq”.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə layihəyə yaxın mənbə bildirib.
Məlumata görə, şirkətin əsas məqsədi azərbaycanlı istifadəçilər üçün “Yandeks” xidmətlərinin, xüsusilə də “Yandeks.Taksi” xidmətinin inkişaf etdirilməsi olacaq.
Məlumatda qeyd olunur ki, şirkətin nümayəndəliyinin açılması ilə bağlı lisenziya, proqram məsələləri həll olunub. Hazırda naviqasiya sistemi ilə bağlı məsələlər həll olunur.
VOİCEPRESS.AZ