Xəzəryanı dövlətlər yenə toplanır

6 Yanvar, 15:26

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclasının yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən məlumat verir.

İclasın gündəliyində Konvensiya layihəsinin hazırlanması ilə bağlı bu günədək razılaşdırılmamış sualların müzakirəsi yer alıb.

İlkin məlumata görə, iclas Aşqabadda keçirilə bilər. İclas çərçivəsində həmçinin, Xəzəryanı dövlətlərini XİN rəhbərlərinin növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu barədə Konvensiya ilə bağlı məsələlərin böyük əksəriyyətinin razılaşdırıldığını bildirmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here