Terrorçuların İzmirdəki planı üzə çıxıb.
VOİCEPRESS Hurriyet-ə istinadən xəbər verir ki, nazir Bekir Bozdağ: “Bizim gəldiyimiz qənaətə görə, partlayış olduqdan sonra terrorçulardan biri binanın C Blokunu mina atəşinə tutacaq, bu an o biri terrorçu əl bombalarıyla basqın edəcəkdi. Minaatanın ucuna taxılmış tank mərmisi başlıqları 1,5 metrlik divarı dağıtmaq gücündədir. Bundan onlarda 7 ədəd var idi”, – deyib.
Türkiyə ədliyyə naziri Bəkir Bozdağ İzmirdəki terror hücumu zamanı ölü halda ələ keçirilən terrorçularla əlaqəsi təsbit edilən 18 şübhəlinin nəzarətə alındığını deyib.
VOİCEPRESS Milliyet-ə istinadən xəbər verir ki, Bəkir Bozdağ terrorçuların hücum təlimatını PKK-dan aldığını bildirib.
VOİCEPRESS.AZ