Vyetnamla Azərbaycan arasında aviareyslər açıla bilər

19 Yanvar, 09:36

Vyetnam arzu edir ki, Azərbaycan Vyetnam Dövlət Neft-qaz Şirkətinə ölkədə mövcud olan çox sayda neft-qaz yataqlarının işlənməsi ilə bağlı köməyini davam etdirsin.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Vyetnam prezidentri Çan Day Kuanq Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşündə deyib.

Vyetnam prezidenti həmçinin əlavə edib ki, Azərbaycan məhsullarının bu ölkəyə gətirilməsi üçün əlverişli şərait təqdim etməyə hazırdır.

Ç.D.Kuanq bildirib ki, iki ölkə arasında mal dövriyyəsinin artırılması üçün Vyetnam balıq, elektronika və kompüter məhsullarını Azərbaycana ixrac etməyə hazırdır.

Vyetnam prezidenti eyni zamanda, turizm, mədəniyyət, təhsil kimi sahələrdə də əlaqələrin genişləndirilməsinin vacib olduğunu, iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsinə baxılmasının da lazım olduğunu deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here