Rafael Cəbrayılov: “Sergey Lavrov və bu cür düşünən hər kəs bilməlidir ki…”

0
314413

“Sergey Lavrov və bu cür düşünən hər kəs bilməlidir ki, belə bəyanatlar və mövcud reallıq Azərbaycan xalqının mübarizə əzmini qıra bilməyəcək. Ali Baş Komandanın əmri ilə Azərbaycan xalqı ölüm-dirim mübarizəsinə qalxmağa hazırdır”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi barədə fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb.

Lavrov “Dağlıq Qarabağ işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizlənməyə başlanılsa, Rusiya buna necə baxacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi” sualına belə cavab verib: “Bu, mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil”.

Rusiya XİN rəhbəri, həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün, ilk növbədə, status məsələsi həll olunmalı, sonra torpaqların işğaldan azad edilməsindən söhbət gedə bilər.

Bu bəyanata münasibət bildirərkən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılov VOİCEPRESS-ə deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın işğal altında olan torpaqlarını erməni işğalçılarından hərbi yolla azad etməsinin respublikamızın daxili işi olmadığını açıq şəkildə deməsi, əslində yeni bir şey deyil. Çünki hər bir soydaşımız bilir ki, Rusiya bu problemin həllində Ermənistanı dəstəkləyir. Rusiyanın Ermənistana gizli və açıq şəkildə hərbi texnika satmasından tutmuş Ermənistanla qarşılıqlı hərbi yardım haqqında müqavilə bağlamasına qədər bütün hallar Rusiyanın bu mövqeyini təsdiqləyir. Ermənistan məhz Rusiyaya güvəndiyinə görə danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutur və “status-kvo”nu saxlamağa calışır. Hətta siyasətdən kənar olan hər bir siravi azərbaycanlı yaxşı bilir ki, Rusiya amili olmasa Azərbaycan qısa müddət ərzində hərbi yolla torpaqlarını işğaldan azad etməyə qadirdir. Keçən ilin aprel döyüşlərində Azərbaycan ordusu bunu hər kəsə, o cümlədən Ermənistana və Rusiyanın özünə də sübut etdi.

Millət vəkili onu da qeyd etdi ki, “Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan bu açıq cavabı almağı bacarmış jurnalistimizə təşəkkür bildirmək istəyirəm ki, Lavrovun üzündən diplomatik maskanı cıra bilib. Sergey Lavrov kimi böyük təcrübəyə malik bir diplomatın bu cavabı Rusiyanın qeyri-obyektiv mövqeyini ortaya qoymaqla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın beynəlxalq imicinə “ədalətsizlik damğası”dır”.

“Hər kəs bilməlidir ki, tarixin pozulmayan qanununa görə bütün imperiyalar süquta məhkumdur. Rusiya da bir imperiyadir. O, Qədim Roma, Osmanlı, Sovet İttifaqı və s. imperiyaların dağılması ilə tarixin ibrət dərslərini unutmamalıdır. Digər tərəfdən Ermənistan da anlamalıdır ki, bu gün o, Rusiyanın istifadə etdiyi bir vasitədir. Amma heç bir vasitə həmişə “yararlı” olmur”.

Sonda Rafael müəllim onu da qeyd edib ki,

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here