Uzun müddət davam edən öskürək, arıqlama, gecə tərləməsi, anoreksiya və qan tüpürmə kimi simptomlarla vərəm xəstəliyi özünü büruzə verir.
VOİCEPRESS deyerler.org-a istinadən bildirir ki, aparılan müayinə nəticələrində xəstədən istənilən analizlər nəticəsində diaqnoz qoyulur. Bu analizlər bəlğəmin araşdırılması, qan analizlər və ağciyərin rentgeni ola bilər. Digər bir üsul səhər xəstədən alınan mədə suyunun təhlil olunmasıdır.
İndiki dövrdə vərəmin müalicəsi mümkün, asan və ucuzdur. Müalicə başladıqdan sonra ən azı 6 ay müddətində davam edir. Müalicə müddəti və dərmanları insana görə dəyişiklik göstərir. Müalicəylə təxminən 15 gündə yoluxma sona çatır.
Vərəmdən qorunma yolları vərəmli və müalicə almayan xəstələrlə təmasdan çəkinməli, balanslı qidalanmalı, havasız yerlərdə olmamalı, öskürən xəstələrlə təmasda olmamalı, açıq və təmiz havada gəzməliyik.
Hər bir öskürək vərəmə görə olmaz, amma uzun müddət davam edən öskürək halında həkimə müraciət etmək vacibdir.
VOİCEPRESS.AZ