AŞPA-da ermənilər belə biyabır oldu: “Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim…”

26 Yanvar, 23:14

“Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Vladimir Aryev Strasburqda söz-söhbətə səbəb olan şübhələri özündən yayındırmaq istəyir”

AŞPA-dakı Ukrayna nümayəndə heyyətinin başçısı Vladimir Aryev öz Facebook səhifəsində erməni nümayəndə heyətini onu konyakla ələ almaq cəhtində günahlandırıb. Erməni tərəfi bu informasiyanı təkzib edib.

.

VOİCEPRESS Ermənistanın lragir.am saytına istinadən, xəbər verir ki, bunu AŞPA-dakı nümayəndə heyətinin üzvü, Ermənistan Respublika Partiyasının deputatı Samvel Farmanyan bildirib: ” AŞPA-dakı Ukrayna nümayəndə heyyətinin başçısı Vladimir Aryev öz facebook səhifəsində AŞPA-da Qarabağ haqqında qətnamənin qəbul edilməsinə münasibət bildirərkən yazıb ki, AŞPA onun Avropada söz azadlığına dair hesabatını qəbul edib: ” Bu, mübaliğəsiz bir jest idi. Dünən erməni deputatlar Strasburqda əllərində konyak arxamca düşmüşdülər ki, mən Dağlıq Qarabağın Azərbaycana məxsus olması fikrindən imtina edim. Bu gün isə Assambleyaya hansısa üç manatlıq kompromatla gəliblər ki, “Aryevin nənəsi azərbaycanlıdır”. İndi mən dəqiq bilirəm ki, Gülməli iş görmək istəyirsənsə, Ermənistan Parlamentindən müşavir çağır”.

Erməni deputatlar əvvəlcə onu konyakla ələ almaq istəyiblər, ertəsi gün isə iclasa onun nənəsinin azərbaycanlı olması haqda bir paket sənəd gətiriblər. Onun sözlərinə görə guyə ermənilərin məqsədi Vladimir Aryevin Dağlıq Qarabağı Azərbaycanın torpağı kimi tanımaqdan imtina etməsi olub. Ermənistanın AŞPA-dakı nümayəndəsi Samvel Farmanyan Avropa xalq partiyasının” üzvü və AXP-nin rəhbəri Aksel Fişerin diqqətini Ukrayna nümayəndəsinin yalanlarına çəkmək üçün bəyanatla çıxış edib. Və bildirib ki, .

Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Aryev isə öz növbəsində yazdıqlarının ukrayna dilində olduğunu və sözlərinin düzgün anlaşılamadığını bildirib. Farmanyan isə bunu əsassız və özünə bəraət qazandırmaq üçün atılan bir addım olduğunu hesab edib. Bundan başqa nümayəndə heyətinin üzvü Naira Karapetyan Ermənistandan etiraz edib ki, onun nənəsi – ukraynalıdır və o, ukrayna dilini çox gözəl bilir. Təsdiq edə bilər ki, Aryevin sözləri düzgün tərcümə edilib.

Erməni konyakı isə Strasburqda olub, ancaq nahar masasında.

Farmanyan bildirib ki, ” Almaniyalı deputat, AXP-nin rəhbəri Aksel Fişerin təşəbbüsü ilə şam yeməyi təşkil olunub. Və bu zaman Naira Karapetyan, Samvel Farmanyan, Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Vüsal Hüseynov və Vladimir Aryev eyni masa arxasında olublar. 3 saatdan çox sürən şam yeməyi konstruktiv məcrada keçdi. Azərbaycan nümayəndəsi Hüseynov da konstruktiv idi. Görüşün sonunda biz məruzənin müəllifi ilə belə bir razılığa gəldik ki, bu cür məslələrə birtərəfli baxmaq olmaz.

Farmanyan onu da əlavə edib ki, ” Erməni konyakı ilə bərabər stolda Fransız şərabı və Almaniya pivəsi də olub. Şam yeməyinin maraqlı və unudulmaz keçməsi üçün Polşa hava limanının təhlükəsizlik xidmətinin əməkdaşlarını dəvət etmək lazım idi ki, onlar V. Aryevin cibindən necə narkotik çıxardıqları haqda danışsınlar”.- Farmanyanın bu səpkili çıxışını VOİCEPRESS olduğu kimi geniş auditoriyaya çatdırmaqla, ermənilərin layihələrinə verilən bütün qərarların satın alındığını sübut etmiş oldu.

Aysel isgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here