Uşaq konstruktorları istehsal edən “Lego” şirkəti xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulan sosial şəbəkə yaradıb.
VOİCEPRESS lent.az-a istinadən məlumata görə, şirkət onu “Lego Life” adlandırıb.
Portalın istifadəçiləri əsasən 13 yaşına qədər olan körpələr olmalıdır. Sosial şəbəkədə onlar maraqlarına uyğun dost tapmaq, müxtəlif müsabiqə və viktorinalarda iştirak etmək imkanı əldə edəcəklər. Həmçinin onlar tədris proqramlarından istifadə edə, “Lego”ya öz ideyalarını təklif edə biləcəklər.
Görünüş baxımından bu, xəbər lentinə sahib sosial şəbəkədir. Burada da bəyənmələr (layklar) və hadisələrə şərhlər yazmaq mümkündür. Tərtibatçılar uşaqlar üçün xüsusi smayllar yaradıblar. 13 yaşına qədər olan körpəni qeydiyyata almaq üçün valideynlərin razılığı əldə edilməlidir. Müəlliflər tam olaraq bütün proseslərə nəzarət edir. Akkauntlara münasibətdə anonimlik siyasəti həyata keçirilir. Niklər avtomatik olaraq verilir, avatarlar isə konstruktor elementlərini xatırladır.
Bu əlavəni artıq “Google Play” və “AppStore” onlayn mağazalarda yükləmək mümkündür.
VOİCEPRESS.AZ