Əməliyyatlar zamanı terrorçulara aid 8 hədəf nişana alınıb
Türkiyənin Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə zərbələr endirib.
VOİCEPRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 22 terrorçu məhv edilib.
Məlumata görə, yanvarın 18-də Qəndil dağı bölgəsində əməliyyat zamanı 13 terrorçu məhv edilib, 9-u yaralanıb.
Türkiyə Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, əməliyyat nəticəsində terrorçulara aid 8 hədəf məhv edilib.
VOİCEPRESS.AZ