Duz istifadəsi zamanı diqqətli olun, yoxsa…

21 Yanvar, 08:59

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir.

VOİCEPRESS immunitet.az-a istinadən bildirir ki, gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:

* Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsinə səbəb olur.

* Duzun çox qəbul edilməsi sidiklə kalsiumun xaric olunmasına səbəb olur ki, bu zaman sümüklər zəifləyir.

* Duzun miqdarını azaltmaq üçün dadına baxmadan yeməyə duz əlavə etmək olmaz.

* Həmişə təzə və duza qoyulmamış qidalar qəbul etmək lazımdır.

* Evə alınan duzun keyfiyyətinə nəzarət edilməlidir.

* Süfrəyə duz qoyulmamalıdır.

* Duz əvəzinə bəzi qidalara cəfəri, nanə qurusu, razyana, reyhan kimi dadlandırıcılar qatılsa, orqanizm daha faydalanar və sağlam olar.

* Turşu, ketçap, xardal, soya sousunun tərkibində duz çoxdur. Nə qədər az istifadə edilərsə, bir o qədər faydalıdır. Bu qidalardan uzaq durmaq lazımdır.

* Duzun orqanizmə zərərini azlatmaq üçün bol meyvə və tərəvəz qəbul etmək lazımdır.

* Duzun orqanizmə təsirini azaltmaq üçün bol su içmək lazımdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here