İstanbul Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin daha 243 əməkdaşı barəsində həbs-qəti imkan tədbirinin seçilməsi üçün sanksiya verib.
VOİCEPRESS milliyet-ə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinirlər.
Həbs olunan hərbçilərdən 8-i polkovnik, 2-si isə polkovnik-leytenantdır. Onlar “ByLock” kompüter proqramının istifadəçiləri olublar.
“Sabah” qəzetinin yazdığına görə, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin daha 330 əməkdaşı “ByLock” proqramının istifadəçisi olmaqda şübhəli bilinərək həbs edilib.
Məlumata görə, FETÖ-çülər fəaliyyətlərini bu proqramdan istifadə edərək əlaqələndirirmişlər.
VOİCEPRESS.AZ