Qırğızıstanın paytaxtı Bişkek yaxınlığında Türkiyə aviaşirkətinə məxsus yük təyyarə qəzaya uğrayıb.
Bu barədə VOİCEPRESS RİA Novosti-yə istinadən xəbər verir.
Bildirilir ki, Honkonqdan uçan təyyarə eniş edərkən qəzaya uğrayıb.
Qəza pis hava şəraiti səbəbindən baş verib.
Qəzaya uğrayan təyyarə Turkish Airlines şirkətinə məxsus idi.
Bildirilir ki, təyyarə saat 7:25 eniş etməli idi.
Yük təyyarəsinin qəzayə uğraması nəticəsində ən azı 16 nəfər dünyasını deyişib.
VOİCEPRESS.AZ