Bülent Ersoyun açıqlaması müzakirələrə səbəb olub
Türkiyədə 2 gəncin it balasının qulaqlarını kəsib itin özünə yedizdirməsi Bülent Ersoyun qəzəbinə səbəb oluib. Müğənni həmin uşaqları tapıb cəzalandıracağını bildirib.
VOİCEPRESS türk mediasına istinadən xəbər verir ki, Bülent Ersoyun it balasının müdafiəsinə qalxması Türkiyədə yaşayan cinsi azlıqları hiddətləndirib. Hətta “AK LGBT” təşkilatının rəhbəri Emir Egesoy müğənnini tənqid atəşinə tutub.
“Bülent xanım, kaş itə verdiyi dəyəri, bizə də verəydi. Cəmiyyətin qəbul etmədiyi, hər zaman mənfi gözlə baxdığı cinsi azlıqların it qədər dəyəri yoxdurmu? Hər LGBT-li onun qədər şanslı deyil”.
Trans gözəllik yarışmasının qalibi Çağla Akalın Bülent Ersoyun açıqlamasına münasibət bildirib:
“Təbii ki, heyvanlara şiddət göstərilməsinə qarşıyıq, amma trans qadın yandırılaraq öldürüləndə Bülent xanım səsini çıxarmadı. Deməli, bir trans qadının it qədər dəyəri yoxdur”.
Qeyd edək ki, Bülent Ersoy dünyaya kişi olaraq gəlib. O sonradan cinsini dəyişdirərək qadın olub.
VOİCEPRESS.AZ