Trampın reytinqi sürətlə aşağı düşür

16 Yanvar, 21:50

Son sorğular göstərir ki, Tramp axırıncı 3 sələfindən fərqli olaraq reytinqini itirməyə başlayıb

İnauqurasiya qabağı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın reytinqi düşməyə başlayıb.

VOİCEPRESS-in RİA agentliyinə istinadən xəbərinə görə, Son sorğular göstərir ki, Tramp axırıncı 3 sələfindən fərqli olaraq reytinqini itirib.

Sorğulara görə, amerikalıların 40 faizi Trampı dəstəkləyir. Analoji sorğu Barak Obama prezident seçildiyi dövrdə də aparılmışdı və o, respondentlərin 78 faizinin səsini qazanmışdı. Kiçik Corc Buşun inauqurasiyası dövründə etimad faizi 62, Bill Klintonda isə 66 faiz olmuşdu.

Son sorğu 4-8 yanvar tarixlərində aparılıb və 18 yaşından yuxarı olan minlərlə insan bu sorğuda iştirak edib.

Qeyd edək ki, Trampın inauqurasiyası yanvarın 20-də keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here