Ankarada xüsusi əməliyyat – 25 ədliyyə işçisi saxlanıldı

16 Yanvar, 21:57

Ankara Cumhuriyyət Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı aparılan istintaq tədbirləri çərçivəsində paytaxtda ədliyyə sahəsində çalışan 32 nəfər haqqında saxlanılma qərarı verilib.

VOİCEPRESS “qafqazinfo”-ya istinadən xəbər verir ki, 32 nəfərdən 25-i saxlanılıb, 7 nəfərin axtarışı isə aparılır.

Şübhəlilərin mobil telefonlarında FETÖ-yə üzv şəxslərin təşkilatdaxili əlaqə üçün işlətdikləri “ByLock” proqramı olduğu aşkarlanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here