ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Twitter”dəki şəxsi səhifəsini bağlamaq niyyətində olmadığını deyib.
VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, D. Tramp “The Times” qəzetinə müsahibəsində andiçmədən sonra hansı ad altında “Twitter”də yazmağa davam edəcəyi ilə bağlı suala belə cavab verib: “Düşünürəm ki, “@RealDonaldTrump” səhifəsini saxlayacağam”.
D. Tramp bildirib ki, hazırda onun “Twitter” və “Facebook” səhifələrinin 46 milyon izləyəni var: “Mətbuat mənim haqqımda həqiqətləri yazmadığı üçün “Twitter” vasitəsilə öz fikrimi ifadə edirəm”.
Yeni prezident mikrobluqun idarə edilməsi işində ona bir neçə nəfərin yardımçı olduğunu söyləyib: “Mən onlara diktə edirəm və onlar yazır”.
Qeyd edək ki, D. Tramp yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən sonra ABŞ prezidentinin “Twitter”dəki rəsmi akkauntuna da (@POTUS) sahib olacaq.
VOİCEPRESS.AZ