“Reina” terrorçusu necə ələ keçdi?

17 Yanvar, 09:20

Yeni il gecəsi İstanbulun gecə klubu “Reina”da 39 adamı qətlə yetirən terrorçu Esenyurtda tutulub.

VOİCEPRESS milliyet-ə istinadən xəbər veirr ki, terrorçu Esenyurt bölgəsində bir müddətdir təqib altında imiş. Təhlükəsizlik gücləri İŞİD-çi terrorçunun başqa bir adamla əlaqə qurmasını gözləyirmiş. Terrorçu və təmasa girdiyi şəxs polis qrupları tərəfindən nəzarət altına alınıb.

Yatağın altında tutuldu

Təhlükəsizlik qaynaqlarına görə, polisin bir müddətdir təqib etdiyi Esenyurtdakı bir binanın 5-ci mərtəbəsində olan mənzilə təşkil edilən əməliyyatda təcavüzkar polis evə girəndə gizlənməyə çalışıb. Yatağın altına girən terrorçu qarşıdurma olmadan canlı olaraq ələ keçirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here