BBC teleradio şirkəti özünün Twitter hesabında ABŞ prezidenti Donald Trampın yaralanması barədə yayılan xəbərləri araşdırır.
VOİCEPRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Mirror qəzeti xəbər yayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, hakerlər BBC-nin Twitter hesabını sındıraraq belə bir məlumat yerləşdiriblər.
“Təcili xəbər: prezident Tramp inauqurasiya mərasimində əlindən güllə yarası alıb”, – deyə hakerlərin yerləşdirdiyi xəbərdə deyilir.
Lakin xəbər BBC mütəxəssisləri tərəfindən tezliklə silinib və buna görə üzr də istənilib.
VOİCEPRESS.AZ