ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq 3 gündür ki, Ağ Evdə vəzifəsini icra edir.
Bəs ABŞ-da sağ təmayüllü olmasına baxmayaraq, daha çox solçu ideyalarla çıxış edən Donald Trampın prezidentliyi dövrü Amerika və ümumilikdə dünya iqtisadiyyatı üçün nə vəd edir?
VOİCEPRESS milli.az-a istnadən xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bir sıra maraqlı proqnozlarla çıxış edib:
“Dolların aparıcı valyutalara, xüsusən də avroya qarışı məzənnəsində psixoloji səbəblərdən müəyyən enişlər mümkün görünsə də, ABŞ pulunun kəskin ucuzlaşması gündəmdə deyil. Trampın “Amerika məhsulları ABŞ-da istehsal olunsun” şüarının reallaşacağı inandırıcı deyil. Transmilli şirkətlər ucuz işçi qüvvəsinə malik olan ölkələrdən istehsallarını bahalı Amerikaya daşıyacağı ağlabatan deyil. Bu isə o deməkdir ki, dünya bazarında dolların dəyərsizləşməsinə ümid etmək sadəlövhlük olardı”.
Ekspertin fikrincə, Azərbaycan üçün neftin və dolların dünya bazar qiymətinin necə dəyişəcəyi daha maraqlıdır: “Neftin dünya bazar qiymətini proqnozlaşdırmaq çətin olsa da, Trampın mühafizikar siyasəti “qara qızılın” qiymətində kəskin artımlara imkan verməyəcək. Tramp seçkiqabağı kampaniyasında neft idxalı ilə bağlı vədlərinə sadiq qalarsa, o zaman hətta neftin dünya bazar qiymətində kəskin enişlər də mümkündür”.
İqtisadçı hesab edir ki, bütövlükdə, okeanın digər tərəfindəki reallıqları nəzərə alsaq, ABŞ-ın yeni prezidentinin daxili və xarici iqtisadi siyasətdə ciddi dəyişikliklər edəcəyi inandırıcı deyil: “Bununla belə, güman edilir ki, ABŞ-ın xarici iqtisadi siyasətində potensial dəyişikliklər Çin və Latın Amerikası ölkələri ilə bağlı ola bilər. Beləcə, Vaşinqton Tramp üçün deyil, Tramp Vaşinqton üçün işləyəcək”.

VOİCEPRESS.AZ