ABŞ prezidenti Donald Tramp Hərbi Hava Qüvvələri naziri vəzifəsinə Hizer Uilsonun namizədliyini irəli sürüb.
VOİCEPRESS-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, xanım Uilson 2013-cü ildən ABŞ-ın universitetlərinin birinin prezidentidir. Bundan əvvəl o, 1998-2009-cu illər ərzində ABŞ Konqresinin Nümayəndələr Palatasının Nyu-Meksiko ştatından üzvü olub.
Xanım Uilsonun yeni vəzifəyə namizədliyi Konqresin Senatı tərəfindən təsdiqlənməlidir.
VOİCEPRESS.AZ