Astanada rəsmi Dəməşqlə müxalifət arasında birbaşa danışıqlar keçirilməyib

23 Yanvar, 22:29

Astanada rəsmi Dəməşq və müxalifət arasında birbaşa danışıqların keçirilməsini təmin etmək mümkün olmayıb.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev bildirib.

“Buna baxmayaraq tərəflər bir araya gəldi, ən əsası kəskin bəyanatlar verməkdən çəkindilər. Bu artıq müsbət haldır. Astanada keçirilən görüşün formatı danışıqların keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan yaradır”, deyə A.Lavrentyev qeyd edib.

Bu gün Astanada Suriya münaqişəsinin həlli üzrə ikigünlük danışıqlar başlayıb. Danışıqlarda Suriyanın hökumət və müxalifət nümayəndələri, habelə Rusiya, Türkiyə, İran və ABŞ təmsilçiləri, eləcə də BMT-nin münaqişə üzrə xüsusi elçisi iştirak edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here