Tiflisdə 780 uşaq xaç suyuna salındı

21 Yanvar, 17:16

Gürcüstan Pravoslav Kilsəsinin Katolikos-Patriarxı 2-ci İliya ölkə kilsəsinin rəhbəri postunda növbəti, sayca 47-ci vəftiz (xaç suyuna salma) mərasimi keçirib.

VOİCEPRESS Georgian Online-a istinadən bildirir ki, mərasim Tiflisdəki Sameba Patriax Kilsəsində keçirilib.

Katolikos-Patriarx kilsədə nikah qılmış valideynlərin ailələrindəki üçüncü və sonrakı uşaqları vəftiz edib.

Bu xaç suyuna salma mərasiminin məqsədi ölkədəki demoqrafik situasiyanın yaxşılaşdırılmasıdır.

Gürcüstanda ilk kütləvi vəftiz mərasimi 2008-ci ilin yanvarın 19-da keçirilmişdi.

Hazırda 2-ci İliya 30238 uşağın xaç atasıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here