“Beşiktaş”ın yarımmüdafiəçisi Rikardo Kuarejma klubla yeni müqavilə imzalayıb.
VOİCEPRESS.AZ goal.az-a istinadən xəbər verir ki, Portuqaliya mətbuatı futbolçunun “Beşiktaş”la cari mövsümün sonuna qədər olan müqavilə müddətini 2020-ci ilə qədər uzatdığını yazıb. Yeni müqaviləyə əsasən, 34 yaşlı futbolçunun ilk mövsümdə illik məvacibi 1,6 milyon, digər iki mövsümdə isə (30 oyunda iştirak edərsə) 1,8 milyon avro təşkil edəcək.
VOİCEPRESS.AZ