İslam İnkişaf Bankının vitse-prezidenti Bakıya gəlir

17 Yanvar, 16:28

Bu gün İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağa Bakıya səfər edəcək.

VOİCEPRESS bildirir ki, bu barədə Trend-ə ölkə hökumətindən məlumat verilib.

Məlumatda bildirilir ki, vitse-prezidentin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 20-dək Bakıda olacaq. Bu müddət ərzində Azərbaycan və İİB arasında ölkənin iqtisadi və maliyyə prioritetlərinə, yaxın illərdə hökumətin həyata keçirilməsi planlaşdırılan tədbirlərə və digər məsələlərə dair müzakirələr aparılacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here