Şakira “Crystal Award” mükafatını qazanıb

0
314356

Müğənni “Crystal Award” mükafatını qazanıb

Kolumbiyalı müğənni Şakira Davosda keçirilən Dünya İqtisadi Forumunda “Crystal Award” mükafatını qazanıb.

VOİCEPRESS “Dailymail” saytına istinadən xəbər verir ki, məşhur müğənni xeyriyyə işlərinə görə mükafatlandırılıb.

Şakira YUNİSEF-in xoşməramlı səfiri, eləcə də kolumbiyalı uşaqların təhsil almasına kömək edən “Pies Descalzos Foundation” şirkətinin qurucusudur.

Forumda həmçinin alman skripkaçı Anne-Sofi Mutter və Hollivud aktyoru Forest Uitaker mükafat qazanıb.

Xatırladaq ki, 47-ci Dünya İqtisadi Forumu Davosda bu gün başlayıb. Forum yanvarın 20-dək davam edəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here