Dünyanın gözü uzun müddətdir partlayan telefonları ilə gündəmə gələn “Samsung”dadır.
VOİCEPRESS-in Hurriyet-ə istinadən məlumatına görə, uzun sürən araşdırmalardan sonra “Galaxy Note 7” tapmacasının cavabı açıqlanacaq. Telefonun partlama səbəbi yanvarın 23-də – telefon toplanması haqqında qərardan 3 ay sonra elan ediləcək.
“Samsung” daha öncə də “Galaxy Note 7”-lərin partlamasına yol açan problemin müəyyən edildiyini və bu ay ərzində ictimaiyyətə açıqlayacağını elan etmişdi. Amma dəqiq tarix bildirilməmişdi.
2017-ci ilin sonuna qədər 60 milyondan çox telefon satma hədəfi olan “Samsung”un bu istəyinə bir az bu açıqlama təsir edəcək.
Qeyd edək ki, adıçəkilən modellər ötən ildə bir-birinin ardınca partlaması, yanmaları ilə gündəmə gəlmişdi. Nəticədə “Samsung” yüzlərlə müştərisini itirib. Vəziyyət o dərəcədə təhlükəli həddə çatıb ki, hətta hava yolları şirkətləri, o cümlədən AZAL reyslərində “Samsung Galaxy Note 7” smartfonlarının daşınmasını tam qadağan edib.
VOİCEPRESS.AZ