Səfir: “Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına fürsət verməyəcəyik”

24 Yanvar, 19:33

Türkiyə və Azərbaycanın bir daha ayrı qalmasına fürsət verməyəcəyik.

VOİCEPRESS-in trend-ə istinadən məlumatına görə, bunu Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edərkən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfirin sözlərinə görə,Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür.

Diplomat bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri sonsuza qədər davam edəcək.

E.Özoral qeyd edib ki, Bakı və Ankara arasında münasibətlər gələcəkdə də inkişaf edəcək.

Tədbirdə, həmçinin deputat Əhliman Əmiraslanov da çıxış edərək iki ölkə münasibətlərinin əhəmiyyətini vurğulayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here