Futbolun canlı əfsanəsi Diyeqo Maradona Kriştianu Ronaldunun FİFA tərəfindən 2016-cı ilin ən yaxşı futbolçusu üçün təqdim olunan “The Best” mükafatına sahib çıxmasını ədalətli hesab edir.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, 1986-cı ilin dünya çempionu “Barselona” futbolçularının mərasimdə iştirak etməməsinə yenə toxunub.
“Mükafatı Ronaldonun almasını qananuyğun nəticə kimi görürəm. Amma Messi və Neymar mərasimdə iştirak etsəydi, daha məqsədəuyğun olardı” – Maradona deyib.
Qeyd edək ki, “The Best” mükafatına namizədlər arasında Ronaldu 34.4, Messi 26.42, Qrizmann isə 7.53 % səs toplamışdı.
VOİCEPRESS.AZ