Ermənistan prezidenti Serj Sarkisyan səhhətindəki ciddi problemlərlə əlaqədar xaricə gedib.
VOİCEPRESS azvision.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Sarkisyanın hansı xəstəliyə tutuması və hansı ölkəyə getməsi haqda məlumat yoxdur.
İddia edilir ki, erməni prezidentin səhhətində ciddi problemlər var.
Qeyd edək ki, yanvarın 5-də Ermənistan Prezident Administrasiyasının İctimaiyyət və İnformasiya Departamenti məlumat yayaraq Serj Sarkisyanın qısamüddətli məzuniyyətə çıxdığını bəyan edib.
VOİCEPRESS.AZ