Rusiya və Türkiyə İŞİD-i vurdular

26 Yanvar, 22:09

Rusiya və Türkiyə təyyarələri Suriyanın Əl-Bab yaşayış məntəqəsi ərazisində İŞİD-in obyektlərinin məhv edilməsi üzrə növbəti birgə əməliyyat həyata keçirib.

VOİCEPRESS bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Birgə fəaliyyət planlaşdırılan zaman tərəflər arasında kəşfiyyat məlumatlarının mübadiləsi olub.
“Birgə əməliyyat zamanı Rusiya qırıcıları tərəfindən terrorçuların üç idarəetmə məntəqəsi və bir rabitə qovşağı, habelə bir neçə möhkəmləndirilmiş dayaq məntəqəsi məhv edilib”, – deyə məlumatda qeyd olunur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here