Danimarka parlamentinin bu gün keçirilən plenar iclasında “Erməni soyqırımı” haqqında qətnamə səsverməyə çıxarılıb.
VOİCEPRESS bildirir ki, sənədin lehinə 89, əleyhinə 9 nəfər səs verib. 11 nəfər bitərəf qalıb.
Parlamentin gündəliyinə qətnaməni “Enhedslisten”, “Liberal Alliance” və “Alternativet” partiyaları Danimarkadakı erməni diasporunun səyləri nəticəsində təklif ediblər.
VOİCEPRESS.AZ