Rumıniyada yeni hökumətin tərkibi elan edilib

0
314365

Rumıniya Sosial-Demokrat Partiyasının lideri, liberallar və demokratlar alyansının rəhbəri Liviu Draqnya və ölkənin Baş naziri təyin edilmiş Sorin Qrindyanu keçirdikləri mətbuat konfransında hökumətin yeni tərkibini elan ediblər.

VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, yeni ikipartiyalı kabinetdə xarici işlər naziri vəzifəsi Teodor Maleşkanuya həvalə edilib. O, artıq dörd dəfə bu vəzifədə çalışıb, həmçinin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edib.

Əvvəllər Milli Müdafiə Nazirliyində silahlanma üzrə dövlət katibi işləmiş Qabriel Leş ölkənin milli müdafiə naziri vəzifəsini tutacaq. Ədliyyə naziri vəzifəsində isə Deputatlar Palatasının keçmiş spikeri Florin Yordake çalışacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here