Moldovanın yeni prezidenti İqor Dodon Rumıniyanın sabiq dövlət başçısı Trayan Beseskunu bu yaxınlarda aldığı Moldova vətəndaşlığından məhrum edib.
VOİCEPRESS “report”a istinadən bildirir ki, o öz “Facebook” səhifəsində bu barədə fərman imzaladığını bildirib.
2016-cı ilin iyun ayında Moldovanın dördüncü prezidenti Nikolay Timofti Beseskuya respublika vətəndaşlığı verib. Dodon isə prezident seçiləcəyi təqdirdə Beseskunu vətəndaşlıqdan məhrum edəcəyini bildirmişdi.
VOİCEPRESS.AZ