“Qarabağ”ın “Adanaspor”a satdığı Reynaldo bu gün Türkiyəyə gedəcək.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
“Adanaspor”la hərtərəfli anlaşan braziliyalı hücumçu Adanaya yollanaraq tibbi müayinədən keçəcək. Əgər səhhətində hər hansı bir problem çıxmasa, yeni komandası ilə rəsmi müqaviləyə imza atacaq. Reynaldonun “Adanaspor”la anlaşmasının detalları açıqlanmasa da, onun 2,5 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Reynaldo 2013-cü ildən bəri “Qarabağ”ın formasını geyinib.
VOİCEPRESS.AZ